QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda 2026-cı ilin dekabrında beşgünlük iş rejimi ilə çalışanlar üçün bir rəsmi bayram günü qeyri-iş günü olacaq.
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunduğuna görə həmin tarixdə iş olmayacaq. Həftəsonlarına düşən 5, 6, 12, 13, 19, 20, 26 və 27 dekabr tarixləri də istirahət günləridir.
Bayramqabağı gün olan dekabrın 30-da iş saatı bir saat azaldılacaq. Ümumilikdə, ay ərzində beşgünlük iş həftəsi ilə çalışanlar 22 gün işləyəcək, 9 gün isə qeyri-iş günü olacaq.
Dekabrın 31-dən sonra yanvarın 1-i və 2-si də Yeni il bayramı münasibətilə iş günü sayılmır.