QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Samux rayonunun İnstitut qəsəbəsindəki uşaq bağçasının qaz təchizatı istifadəyə görə yaranan borc ödənilmədiyindən dayandırılıb.

Bağçada təlim-tərbiyə alan uşaqların valideynləri vəziyyətdən narazılıqlarını bildiriblər. Onlar soyuq hava şəraitində övladlarının sağlamlığı ilə bağlı nigaran olduqlarını qeyd ediblər.

Müəssisənin əsaslı təmirə ehtiyacı olduğu da bildirilir. Binanın təmirsiz vəziyyətdə olması səbəbindən otaqların yalnız bir neçəsindən istifadə olunur.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu göndərilib.