QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, noyabrın 17-si üçün ölkə üzrə hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir, arabir buludluluq artacaq, əsasən yağıntı olmayacaq. Axşam şəhərətrafı bəzi ərazilərdə qısamüddətli, zəif yağış ehtimalı var.
Səhər şimal-qərb küləyinin mülayim cənub-qərb küləyi ilə əvəzlənəcəyi bildirilir. Paytaxtda gecə temperatur 7-9°, gündüz isə 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa düşəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Bununla belə, gecə və səhər bəzi yerlərdə yağıntı, dağlıq ərazilərdə isə qar gözlənilir. Ayrı-ayrı məntəqələrdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi dağlıq və dağətəyi rayonlarda güclənə bilər.
Rayonlarda gecə 4-8°, gündüz 12-16° isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-5° isti proqnozlaşdırılır.