QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 6-sı Bakı metropolitenində çalışanların peşə bayramı kimi qeyd olunur.

Metro əməkdaşları hər gün minlərlə sərnişinin mənzil başına təhlükəsiz və rahat şəkildə çatmasına xidmət edirlər. Maşinistlər, stansiya növbətçiləri, mühəndislər, texniki və xidmət heyəti paytaxtın nəqliyyat sisteminin fasiləsiz işləməsində iştirak edir.

Bakı metrosunun tarixi 1967-ci il noyabrın 6-da ilk xəttin istifadəyə verilməsi ilə başlayıb. Başlanğıc mərhələsində sərnişinlər üçün beş stansiya açılıb: “Bakı Soveti” (indiki “İçərişəhər”), “26 Bakı komissarı” (indiki “Sahil”), “28 Aprel” (indiki “28 May”), “Gənclik” və “Nəriman Nərimanov”.

Beləliklə, Bakı metropoliteni artıq 59 ildir paytaxt sakinlərinə xidmət göstərir.