QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda qarşıdakı iki gündə hava əsasən yağmursuz keçəcək və paytaxtda qar yağacağı proqnozlaşdırılmır.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, noyabrın 16-sı axşamından başlayaraq güclü şimal-qərb küləyi zəifləyəcək. Bölgələrdə yağan yağış və digər yağıntılar da dayanacaq.

Onun məlumatına əsasən, noyabrın 17-18-də Bakı, Abşeron yarımadası və bölgələrdə əsasən yağıntısız hava şəraiti gözlənilir. Bu müddətdə mülayim cənub-qərb küləyi əsəcək, temperatur isə tədricən yüksələcək.

Məmmədova yaxın iki gün ərzində paytaxtda qar yağmasının gözlənilmədiyini qeyd edib. Hazırda rayonlarda yağıntı, dağlıq ərazilərdə isə qar müşahidə olunur.