QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Baku TV-nin rusdilli redaksiyası fəaliyyətə başlamasının beşinci ildönümünü qeyd edir.

2021-ci ildə fəaliyyətə başlayan kanal rəqəmsal mediada qısa müddətdə nəzərəçarpan nəticələr əldə edib. İlk vaxtlar ayda bir neçə yüz min baxış toplayan Baku TV RU-nun bu göstəricisi 2024-cü ildə 50 milyona yüksəlib. Elə həmin il YouTube abunəçilərinin sayı bir milyonu keçib.

Son iki ildə kanalın ümumi baxışları bir milyard həddinə yaxınlaşıb. Baku TV RU rusdilli auditoriyanı Azərbaycandakı hadisələr və ölkənin beynəlxalq mövqeyi barədə obyektiv, dolğun məlumatlandırmağı əsas missiyalarından biri hesab edir.