QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Xaçmaz rayonunda baş verən yol qəzası bir nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnib.
Hadisə bu gün səhər Xudat-Yalama yolunun Ləcət kəndindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili yoldan çıxaraq aşıb.
Qəza zamanı sükan arxasında olan, Ləcət kəndində yaşayan Asim Rüfət oğlu Muradxanov hadisə yerində həyatını itirib. Avtomobildəki dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Asim Muradxanov Vətən müharibəsinin iştirakçısı olub. Hadisə ilə bağlı araşdırma aparılır.