QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Bakının Səbail rayonunda, Neftçilər prospektində səkinin bir hissəsi çöküb və ərazidə iri boşluq yaranıb.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra ərazidəki vəziyyət diqqətə çatdırılıb. Çökmüş səki daşlarının həmin yoldan keçən piyadalar üçün ciddi təhlükə yaratdığı bildirilib.
Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, ünvanda səki örtüyünün çökməsini əks etdirən görüntülər qurumun nəzarətinə götürülüb.
İcra hakimiyyəti problemin təxirəsalınmadan aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciət göndərib.