QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 19-da doğma yurdlarına göndərilən köç karvanları Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə çatıb.
Bu mərhələdə Soltanlıya 80 nəfərdən ibarət 16 ailə köçüb. Cahangirbəyliyə qayıdanların sayı isə 75 nəfər olan 19 ailə təşkil edib. Hər iki kənddə sakinlərə mənzillərinin açarları verilib.
Açarların təqdim olunduğu mərasimlərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.