QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Kral məktubunda Azərbaycan Prezidentini ölkənin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və səadət arzulayıb. O, qardaş Azərbaycan Respublikasının hökuməti və xalqı üçün daha sürətli inkişaf və rifah diləyib.

Salman bin Əbdüləziz Al Səud iki dost ölkə və xalq arasındakı qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Məktubda bu əlaqələrin bütün sahələrdə gücləndirilməsi və inkişafı üçün birgə səylərin davam etdirildiyi bildirilib.

Kral məktubunu Prezidentə salam və ehtiramını çatdırmaqla yekunlaşdırıb.