QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində ötən gün “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı keçirilib.
Tədbirə dövlət və hökumət başçıları ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Prezident toplantı çərçivəsində Dublində bir neçə görüş keçirib.
İrlandiyanın Baş naziri Mixol Martin, Moldova Prezidenti Maya Sandu, Bolqarıstanın Baş naziri Rumen Radev, Litva Prezidenti Gitanas Nauseda və digər liderlər də Azərbaycan mediasına açıqlama veriblər.