QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Fenerbahçe baş məşqçisi Emre Belözoğlu yaxınlaşan ara transfer dönəmi öncəsi futbol direktoru Oğuz Çetin ilə kadro planlaması barədə görüşüb.
Görüşdə Belözoğlu komandasına doğrudan fayda verə biləcək "nöqtə atışı" üç transfer tələb edib. 46 yaşlı çalışdırıcı stoper, orta sahə və sol qanat mövqelərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Belözoğlu sol qanatda skorer xüsusiyyətlərə malik bir futbolçu, orta sahədə isə yüksək texniki kapasitetə sahibi 8 nömrə tipində oyunçu istəyir. Bundan əlavə, komandanın mərkəzinə atletik və keyfiyyətli bir stoper alınması tələbi irəli sürülüb.
Başqan Aziz Yıldırım və klub rəhbərliyinin Belözoğlunun tələbləri üzrə həmin üç mövqe üçün uyğun oyunçuların əldə olunması üzərində işləri sürətləndirəcəyi bildirilib.