QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Superliqasının XII turunda Qalatasaray Samsunspor üzərində 2:1 hesablı qələbə qazanıb. Bu nəticə İstanbul təmsilçisinin çempionatda ardıcıl altıncı uğuru olub.
Matç Başakşehir Fatih Terim stadionunda baş tutub. Qalatasarayın heyətində Lukas Torreyra 4-cü dəqiqədə, Yunus Akgün isə 53-cü dəqiqədə fərqlənib.
Samsunsporun yeganə qolunu 57-ci dəqiqədə Məhəmməd Bayo vurub. Qələbədən sonra xallarını 31-ə çatdıran Qalatasaray liderliyini qoruyub. 7 xalı olan Samsunspor isə turu 17-ci pillədə tamamlayıb.