QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Kristal Pelas” Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda oynayan Ayvan Tounini heyətinə cəlb etmək imkanını araşdırır.

30 yaşlı hücumçunun transferi qış pəncərəsində baş tuta bilər. Touni də AVRO-2028-də İngiltərə millisinin heyətinə düşmək ehtimalını artırmaq məqsədilə vətəninə qayıtmağa müsbət yanaşır.

“Kristal Pelas”ın yeni baş məşqçisi Tomas Frank əvvəllər “Brentford”da çalışarkən Touniyə rəhbərlik edib.

Ayvan Touni bu mövsüm bütün turnirlər üzrə 16 oyunda 15 qol vurub, 3 məhsuldar ötürmə verib. “Transfermarkt” futbolçunun dəyərini 20 milyon avro olaraq göstərir.