QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Misli Premyer Liqasının XII turunda “Turan Tovuz” səfər matçında “Şamaxı”dan üstün olub.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Joarlem Santos 34-cü dəqiqədə, İbrahima Vadji isə 88-ci dəqiqədə fərqlənib.

Qələbədən sonra Tovuz komandası 24 xalla turnir cədvəlinin üçüncü yerindədir. 14 xalı olan “Şamaxı” yeddinci pillədə qərarlaşıb.

XII turun günün ikinci qarşılaşmasında “Şəfa” öz meydanında “Qəbələ”ni qəbul edəcək. “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 17:00-da başlayır.

Turun ilk oyun günündə “İmişli” ilə “Zirə” 2:2 hesablı heç-heçə edib, “Sabah” isə səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub edib. XII turun oyunları noyabrın 22-də başa çatacaq.