QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatını qəbul edəcək.

2027-ci il gənclər üzrə Avropa çempionatlarının keçiriləcəyi şəhərlər noyabrın 20-də Hamburqda təşkil olunan FIBA Avropa İdarə Heyətinin iclasında müəyyənləşib.

Qəbul edilən qərara görə, 20 yaşadək oğlanların Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda baş tutacaq.