QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin “Qalatasaray” və “Trabzonspor” klubları Fransanın “Reyms” komandasında çıxış edən Yaya Fofananı heyətinə qatmaq istəyir.

Fransa Liqa 2-də mübarizə aparan “Reyms”in 22 yaşlı yarımmüdafiəçisi Türkiyə təmsilçiləri ilə yanaşı, Almaniyanın “Ştutqart” klubunun və adı açıqlanmayan başqa bir Bundesliqa komandasının da maraq dairəsindədir. Fofana Fildişi Sahilindəndir.

“Reyms” rəhbərliyi futbolçunun satışından təxminən 25 milyon avro əldə etməyi planlaşdırır. Bununla yanaşı, klub qış transfer pəncərəsində yarımmüdafiəçini buraxmağa həvəsli deyil.

Mərkəz yarımmüdafiəçisi kimi çıxış edən Fofana həm 6, həm də 8 nömrəli mövqedə oynaya bilir. Onun dinamizmi və fərqli mövqelərdə çıxış etmək bacarığı transfer bazarında diqqət çəkir.

Futbolçunun “Reyms”lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir və bu, mümkün transferi çətinləşdirə bilər.