QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Moldovafilm” studiyasının istehsalı olan ekran əsərindən “Arşın mal alan”la bağlı epizod paylaşılıb.
“Qızılquşlar qəniməti yarı bölmür” adlı film 1988-ci ildə çəkilib. İki seriyalı bədii filmin rejissoru Valeriu Qaqiudur.
Ekran əsərində İkinci Dünya müharibəsindən sonrakı dövrdə Moldovada sovet hakimiyyətinə qarşı aparılan silahlı mübarizə və kənd sakinlərinə göstərilən amansız münasibət təsvir olunur. Film hələ 1980-ci illərdə antisovet əsəri kimi xarakterizə edilib.