QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev media nümayəndələrinin təltif olunması barədə sərəncam imzalayıb.

Sənəd Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə qəbul edilib.

Sərəncama əsasən, medianın inkişafındakı xidmətlərinə görə Quliyeva Nigar Sabir qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.