QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Müdafiə nazirinin təsdiqlədiyi plana uyğun olaraq 8 Noyabr – Zəfər Günü münasibətilə Bakının müxtəlif məkanlarında hərbi orkestrlərin çıxışları təşkil olunub.

Orkestrlər Heydər Əliyev parkında, Heydər Əliyev sarayının qarşısında, Filarmoniya parkında, Fəvvarələr meydanında, Koroğlu parkında, Sahil parkında və Zabitlər parkında proqram təqdim ediblər.