QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın Xalq artisti Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib. Aktrisanın ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.
Onun vəfatı barədə qızı məlumat verib.
Ali məktəbi bitirəndən sonra Fedoseyeva-Şukşina “Dəniz necədir?” filmində çəkilib. Həmin ekran işi gələcək həyat yoldaşı Vasili Şukşinlə tanışlığına səbəb olub. Daha sonra aktrisa onun “Qəribə adamlar” filmində rol alıb.
Sənətçi həyat yoldaşının “Peçki-lavoçki” və “Qırmızı kalina” filmlərində, həmçinin “Onlar vətən uğrunda vuruşurdular” hərbi dramında baş rolları canlandırıb.
Fedoseyeva-Şukşinanın çəkildiyi digər filmlər sırasında “Trın-trava”, “12 stul”, “Ötürülmək hüququ olmayan açar”, “Bəla”, “Məni işıqlı uzaqlara çağır”, “Heç yuxunuza da girməzdi...”, “Pyotrun gəncliyi” və “Demidovlar” yer alır.