QafqazNews Interfax-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etmək niyyətində olduğunu, səfərin Bakıya olmayacağını bildirib.
Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ayın sonunda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Ermənistana gələcək.
"Gələn ay mənim Azərbaycana səfərim planlaşdırılıb, amma səfər Bakıya olmayacaq. Hikmət Hacıyev (Azərbaycan Prezidentinin köməkçisi - İF) Ermənistana gəlmişdi, indi cavab ziyarəti ilə mən getməliyəm", - deyə Simonyan cümə axşamı qeyd edib.
Dublin görüşündə Hacıyev ilə aparılan danışıqlara toxunan Simonyan tərəflərin geniş gündəmi müzakirə etdiyini əlavə edib.
"Bütün məsələlər müzakirə edildi, əsir məsələlərindən başlayaraq gələcək görüşlərə qədər", - deyə o bildirib.