QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyənin Ərzurum vilayətinin Pasinlər rayonunda saat 06:01-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
AFAD Pasinlərdə yeraltı təkanların baş verdiyini açıqlayıb. Zəlzələnin təxminən 7 kilometr dərinlikdə olduğu bildirilib.
Hadisə nəticəsində hər hansı mənfi halın qeydə alınması barədə məlumat verilməyib.