QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ev təsərrüfatlarının uçotu aparılan şəxsi hesablarda qeydlərin təşkili qaydalarına dəyişiklik edilib. Bununla bağlı müvafiq qərar imzalanıb.

Yeni qaydaya əsasən, təsərrüfatın şəxsi mülkiyyətindəki heyvanların, quşların və arı ailələrinin sayı ilə yanaşı, heyvandarlıq məhsullarının istehsalı da uçota daxil ediləcək.

Əvvəlki qaydada isə uçot yalnız şəxsi mülkiyyətdə olan heyvanların, quşların və arı ailələrinin sayını əhatə edirdi.