QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqset barədə şikayətlər alsa da, onun vəzifəsində qalmasını istəyir.

Tramp bu barədə ABC telekanalının jurnalisti Conatan Karl ilə müsahibəsində danışıb. “Bilirsiniz, onunla bağlı zənglər alıram. Ancaq niyəsini başa düşmürəm. Mən onu vəzifədə saxlamaqda qərarlıyam”, – deyə o bildirib.

Daha əvvəl CNN Kentukki ştatından Respublikaçı konqresmen Tomas Massinin sözlərinə əsasən, ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvlərinin Heqsetin vəzifədən uzaqlaşdırılması üçün səsvermə keçirməyə çalışdıqlarını yazmışdı. Massi Konqres yenidən toplanan kimi Heqsetə qarşı impiçment qətnaməsi təqdim etmək niyyətində olduğunu da açıqlamışdı.