QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə Kremldə görüşüb.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Moskvada səfərdə olan Rzayi Kremlə qəbul olunub. Peskov bildirib: “Prezident Vladimir Putin Moskvada səfərdə olan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayini Kremldə qəbul edib”.