QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısına tabe olan mənzil-kommunal təsərrüfatı müəssisəsi yaradılıb. O, Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyət göstərəcək.

Müəssisənin yaradılması barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, cəmiyyət üçün 82 ştat vahidindən ibarət işçi sayı təsdiqlənib.