QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda bir sıra əsas yollarda nəqliyyatın hərəkəti sıxlaşıb. Vəziyyət barədə məlumatı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Sıxlıq Bakı-Sumqayıt şosesində, “Xırdalan” dairəsi istiqamətində, eləcə də Tbilisi prospektində İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyasına və həmin stansiyadan mərkəzə doğru qeydə alınıb.

Ziya Bünyadov prospektində hərəkət Əhməd Rəcəbli küçəsi ilə Atatürk prospektinin kəsişmələri arasında, Müzəffər Nərimanov küçəsindən “20 Yanvar” metro stansiyası istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsinədək, həmçinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi yönündə sıxlaşıb.

Heydər Əliyev prospektinin həm əsas, həm də köməkçi yolunda mərkəz istiqamətində, Yusif Səfərov küçəsində isə həm mərkəzə, həm də Heydər Əliyev prospektinə doğru sıxlıq var. Babək prospektində mərkəz istiqamətində, Üzeyir Hacıbəyli küçəsində Azadlıq prospekti ilə kəsişməyədək və Niyazi küçəsində “Azneft” dairəsi yönündə də ləngimə müşahidə edilir.

Dənizkənarı küçəsində Bayraq Meydanının qarşısından “Azneft” dairəsinə doğru, 8 Noyabr prospektində Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində, Xətai prospektində Heydər Əliyev prospekti yönündə və Atatürk prospektində Ziya Bünyadov prospektinə doğru hərəkət sıxlaşıb.

Bakıxanov küçəsində İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkına doğru, Məhəmməd Hadi küçəsində “Əhmədli” metro stansiyasının ətrafında və Binəqədi şosesində “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində də sıxlıq qeydə alınıb.

Bundan başqa, 28 May küçəsində Puşkin küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişmələri arasında, Bülbül prospektində “Sahil” metro stansiyasının qarşısında və Rəşid Behbudov küçəsində Mərkəzi Bank istiqamətində nəqliyyatın hərəkəti çətinləşib.