QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbər və müavinlərinin aylıq vəzifə maaşları müəyyən edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən, dövlət orqanlarının və tabeliyində olmayan publik hüquqi şəxslərin nəzdində yaradılmış publik hüquqi şəxslərin tabeliyində, dövlət adından təsis edilən qurumların rəhbərləri ayda 3 600 manat əməkhaqqı alacaqlar.
Rəhbər müavinlərinin aylıq vəzifə maaşı isə 3 115 manat olacaq.