QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Xalq artisti Fidan Hacıyeva Fransada konsert proqramı ilə çıxış edib. “8 Noyabr – Zəfər günü”nə həsr edilən musiqili gecə Parisin Bobino teatrında keçirilib.

“LA SOIRÉE MUSICALE: Les Échos de l'Honneur” adlı konsertdə kamera orkestrinə Əməkdar artist Əyyub Quliyev dirijorluq edib. Proqramda klassik musiqi əsərləri səslənib.

Fidan Hacıyeva ilə birgə səhnəyə Əməkdar artist Ramil Qasımov, azərbaycanlı fleytaçı Ağarahim Quliyev və hindistanlı dirijor Savitri de Roşfort çıxıblar.

Musiqiçilərin ifaları Paris tamaşaçılarının rəğbətini qazanıb. Konsertdə təqdim olunan kompozisiyalar yüksək peşəkarlıqla ifa edilib.