QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhəti barədə məlumat verilib.

TƏBİB-dən bildirilib ki, 1949-cu il təvəllüdlü S.Həşimova oktyabrın 27-də saat 10:00-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilib.

Müayinələr zamanı arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları ilə yanaşı, pnevmoniya əlamətləri də müəyyən edilib. Pasiyent Terapiya şöbəsində müalicə alır, vəziyyəti isə stabil qiymətləndirilir.

Səmayə Həşimovanın xəstəxanaya yerləşdirildiyini Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova açıqlayıb.