QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ukraynadan Azərbaycana gətirilən kərə tərkibli spred yağının bir partiyasında uyğunsuzluq müəyyən edilib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, “Qədiroğlu” MMC-nin idxal etdiyi məhsul Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də istehsal olunub. “Lyuks Golden Ratne 81,5%, 5 kq” markalı yağdan nümunələr götürülərək laboratoriyada yoxlanılıb. Məhsulun istehsal və son istifadə tarixləri 25.08.2026–25.08.2027 kimi göstərilib.
Laborator müayinələrin nəticələrinə əsasən, partiyada uyğunsuzluq aşkarlanıb. Bununla əlaqədar məhsulun dövriyyəsinin dayandırılması və geri çağırılması qərara alınıb. Həmçinin istehsalçı müəssisənin ixracının müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması barədə Ukraynanın aidiyyəti qurumuna bildiriş göndərilib.
AQTA xatırladıb ki, bundan əvvəl də Ukraynadan idxal olunan, “Renet” müəssisəsinin istehsalı olan yağda 3-monoxlorpropan-1,2-diol (3-MCPD) uyğunsuzluğu qeydə alınıb. Həmin məsələ ilə bağlı Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə ixracın dayandırılmasını nəzərdə tutan müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görülməsi üçün müraciət edilib.