QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Hörmüz boğazında iki neft tankerində partlayış qeydə alınıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun bildirdiyinə görə, gəmilər 4 milyon bareldən artıq neft daşıyırmış.

Korpusun açıqlamasında qeyd olunub ki, hadisə dünən gecə tankerlər bütün xəbərdarlıqlara rəğmən boğazın cənubundakı qadağan olunmuş marşrutla keçməyə cəhd edərkən baş verib.

Bəyanatda bildirilib ki, naviqasiya sistemlərini söndürərək ABŞ ordusu ilə əməkdaşlıq edən və icazəsiz cənub marşrutu ilə hərəkətə davam edən digər gəmilər də eyni aqibətlə üzləşə bilər.