QafqazNews Manset.az-a istinadən xəbər verir ki, AFFA İntizam Komitəsi II Liqada hakimləri təhqir edən futbolçu və məşqçiyə sanksiya tətbiq edib.

“Şəmkir”in futbolçusu Fuad Əhmədov “Ağstafa Gəncləri” ilə qarşılaşmanın 90-cı dəqiqəsində referiyə təhqiramiz ifadələr ünvanlayıb. Qırmızı vərəqə alan oyunçu dörd matçda iştirak edə bilməyəcək. “Şəmkir” klubu isə 1000 manat cərimələnib.

“Difai”nin məşqçisi Əli Hüseynov “Zəngəzur”la oyunun 84-cü dəqiqəsində hakimə qarşı təhqiramiz ifadələr işlədib. Komitə ona dörd oyunluq cəza verib, klubun 1000 manat cərimə ödəməsinə qərar verib.