QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi Hörmüz boğazında üç neft tankerinin dəniz minalarına düşməsi barədə məlumat yayıb.
Açıqlamada bildirilib ki, boğazın şərqində icazəsiz ərazidə hərəkət edən və naviqasiya sistemləri söndürülmüş tankerlər minaya düşüb.
Məlumata əsasən, hadisədən sonra gəmilərdə yanğın başlayıb.