QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, intizam qaydalarını pozan vəkil Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılıb.
Qərar Kollegiyanın Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında qəbul edilib.
İclasda iki vəkilə cərimə verilməsi, üç nəfərə xəbərdarlıq edilməsi barədə də qərar çıxarılıb. Bundan başqa, bir vəkilin gələcək fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi əməl etməsinin vacibliyi diqqətinə çatdırılıb.