QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Kristal İsveçrənin sanitar-texniki sistemlər istehsalçısı Geberit ilə əməkdaşlıq memorandumu imzalayıb. Razılaşma çərçivəsində şirkətin mühəndislik və sanitar həllərinin Kristalın şəhər layihələrində tətbiqi planlaşdırılır.
Əməkdaşlığa uyğun olaraq, Kristalın şəhər layihələrindəki tam təmirli mənzillərdə Geberit istehsalı olan gizli unitaz çənləri, unitaz sistemləri, su axıtma düymələri, su və kanalizasiya boruları, həmçinin duş drenaj sistemləri quraşdırılacaq.
Sanitar-texniki avadanlıq istehsalçısı kimi tanınan Geberit funksionallıq, müasir texnologiya və uzunmüddətli istismar prinsiplərinə əsaslanan məhsullar təqdim edir. Brendin həlləri yaşayış sahələrində estetik görünüşün qorunması ilə yanaşı, mühəndislik sistemlərinin etibarlılığına xidmət edir.
Kristal yaşayış layihələrində təmirin keyfiyyətinə üstünlük verdiyini, mənzillərin görünüşü və uzunmüddətli istifadəsinə diqqət yetirdiyini bildirir. Şirkət beynəlxalq istehsalçıların məhsullarından istifadə edir. Tərəfdaşları və istifadə etdiyi brendlər sırasında HARO, GEWISS, Prysmian Group, Zambaiti Parati, GROHE, Hansgrohe, Florim və Infinity yer alır.
Geberit ilə imzalanan memorandum Kristalın tam təmirli mənzillərində sanitar-texniki və mühəndislik sistemlərinin səviyyəsinin yüksəldilməsinə yönəlib. Tərəfdaşlığın şəhər layihələrində mənzillərin texniki təchizatını təkmilləşdirməsi və sakinlər üçün funksional, etibarlı yaşayış mühitinin yaradılmasına xidmət etməsi nəzərdə tutulur.