QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, noyabrın 13-də saat 15:00-dan adi ipoteka kreditləri üçün müraciətlər qəbul edilsə də, prosesin gedişində “SİMA İmza” sistemi işləməyib.

Nasazlıq səbəbindən ipoteka almaq istəyən vətəndaşlar elektron kabinetlərini aça və müraciətlərini təsdiqləyə bilməyiblər. Problemin nə vaxt həll olunacağı barədə məlumat yoxdur.

İpoteka və Kredit Zəmanət Fondu 2026-cı ildə adi ipoteka kreditləşməsini davam etdirmək üçün müvəkkil banklara yeni limitlər ayırıb. Müraciətlərin noyabrın 13-də saat 15:00-dan “MyGov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə verilməsi, təsdiqin isə “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə aparılması əvvəlcədən elan edilmişdi.