QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi ABŞ ilə hərbi qarşıdurmanın bərpa olunacağı təqdirdə Avropada yerləşən Amerika hərbi bazalarının da hədəfə çevrilə biləcəyini açıqlayıb.

Livan mətbuatına müsahibəsində Rzayi Vaşinqtonun yenidən hücum etməsi halında İranın təkcə regiondakı deyil, Avropadakı ABŞ bazalarını da vura biləcəyini bildirib.

O, ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələri qarşıdurma zamanı Vaşinqton administrasiyası ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.