QafqazNews TASS-a istinadən xəbər verir ki, İran ordusunun Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemi cümə günü ölkənin cənubunda, Sirik sahilində yerləşən Kuhestak yaxınlığında ABŞ-a məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) ələ keçirib və məhv edib.

İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, PUA yeni Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Sistem İslam Respublikası ordusunun Ümumi Hava Hücumundan Müdafiə Qərargahının vahid şəbəkəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərib.

Rəsmi açıqlamada həmçinin vurılıb ki, İran ərazi bütövlüyünün, dəniz sərhədlərinin və dövlət maraqlarının müdafiəsində bir an da tərəddüd etməyəcək.

Açıqlamanı İranın dövlət tele-radio şirkəti yayıb.