QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Qırğızıstanın Mayluu-Suu rayonunda yeni təbii qaz yatağı aşkarlanıb.
“Qırğızneftqaz” şirkətinin məlumatına əsasən, yatağın gündəlik qaz ehtiyatı 40 min kubmetrdən artıqdır.
Yeni yatağın istismarı Koçkor-Atanı və ətraf kəndləri təbii qazla tam təmin etməyə imkan verəcək.