QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İranın Ekspertlər Şurasında ölkənin Nüvə silahını Yaymama Sazişinin (NPT) iştirakçısı olaraq qalıb-qalmaması məsələsi müzakirə olunub.

Şuranın bəyanatında bildirilib ki, təcavüzkar düşmənin davamlı təhdidləri, xüsusilə İranın nüvə biliklərinə yönələn təhlükələr, bu sahədə məsul beynəlxalq qurumlara güvənməyin mümkün olmadığını göstərir.

Sənəddə NPT-dən çıxmaq ehtimalının araşdırılması, müdafiə doktrinasının yenidən nəzərdən keçirilməsi və zəruri çəkindirmə imkanlarının yaradılması qaçılmaz zərurət və ictimai-milli tələb kimi qiymətləndirilib. Bəyanatda, həmçinin, Ali Rəhbərin müdrik qərarı əsasında rəsmilərin bu tələbi nəzərə alacağına ümid ifadə olunub.