QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Baku TV-də “Aktual Gündəm” proqramının növbəti buraxılışı yayımlanıb.

Buraxılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinlə Orta Dəhliz barədə apardığı müzakirələr və Ankara ilə Pekinin maraqlarının Azərbaycana mümkün təsiri diqqət mərkəzində olub.

Proqramda, həmçinin müəllimin məktəbdə tədris metodunu seçmək hüququ və ona təzyiq göstərildiyi halda kimin müdafiə etməli olduğu müzakirə edilib. Tarixi binalara müasir istifadə imkanları yaradılarkən onların qorunması, yoxsa yalnız fasadlarının saxlanması məsələsinə də toxunulub.

Verilişdə bu və digər mövzularla bağlı suallar cavablandırılıb.