QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İspaniyada işçilər kirayə haqlarının və yaşayış xərclərinin artmasına, əməkhaqlarının aşağı səviyyədə qalmasına etiraz olaraq 14 ildən sonra ilk dəfə ümumi tətil keçiriblər.
Tətil zavodları, limanları, ictimai nəqliyyatı və başqa sahələri əhatə edib. Madrid və Barselonada təşkil olunan yürüşlərdə polis və etirazçılar arasında qarşıdurmalar yaşanıb.
Paytaxtda təxminən 120 min nəfər küçələrə çıxıb, Barselonada isə yürüş iştirakçılarının sayı 50 mini ötüb. Aksiyalar bir sıra əsas avtomobil yollarında nəqliyyatın dayanmasına, ictimai nəqliyyatda isə ciddi fasilələrə gətirib çıxarıb.
Noyabrın 11-i axşam Barselonada baş verən toqquşmalar zamanı bəzi zibil konteynerləri yandırılıb. Polis nümayişçilərə gözyaşardıcı qaz tətbiq edib.
İspaniya Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, hadisələrlə bağlı onlarla şəxs saxlanılıb.