QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evi ətrafında yayılan iddialarla bağlı saxlanılan şəxsin fotosu paylaşılıb.
Novxanıdakı bağ evlərindən birində axtarışda olan şəxsin olduğu müəyyən edilib. İstintaqdan gizlənən və əvvəllər bir neçə dəfə məhkum edilmiş Əlihüseyn Hüseynov polis əməkdaşları tərəfindən tutulub, daha sonra istintaqa təhvil verilib.
Məlumata görə, onun evdə bilərəkdən gizlədildiyi müəyyənləşib. Həmçinin Əlihüseyn Hüseynovla Fira Cəlilova arasında qohumluq münasibətinin olmadığı bildirilir.
Xatırladaq ki, aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) bir gün əvvəl Novxanıda yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, təxminən 15 nəfər beş avtomobillə evə gəlib, içəri daxil olaraq oğurluq törədib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti aparıcının açıqlamaları ilə əlaqədar bildirib ki, Novxanıdakı bağ evlərinin birində axtarışda olan şəxsin yeri aşkarlanıb. İstintaqdan yayınaraq gizlənən və dəfələrlə məhkum olunmuş Ə.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.