QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, hərbi və fövqəladə vəziyyətlərdə tibbi xidmətlərə tələbatın kəskin yüksəlməsi İcbari Tibbi Sığorta Fondunun vəsaitini aşarsa, yaranan maliyyə boşluğu dövlət büdcəsindən ödənilə bilər.

Bu müddəa “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər layihəsində yer alıb. Layihəyə görə, hərbi və fövqəladə vəziyyət elan edildikdə, eləcə də sosial xarakterli fövqəladə mühit rejimi tətbiq olunduqda tibb xidmətlərinə ehtiyacın artması səbəbindən fondun xərclərini maliyyələşdirməyə vəsait yetməzsə, müvafiq məbləğ dövlət büdcəsi hesabına təmin ediləcək.

Fondun növbəti il üzrə gəlirləri proqnozlaşdırılarkən cari ilin sonunda yaranan profisit də xərclərin maliyyə təminatında nəzərə alınacaq.