QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Avropa Komissiyasının rəqəmsal resurslarına edilən genişmiqyaslı kiberhücum sistemlərin fəaliyyətini pozub, qurum əməkdaşlarının şəxsi məlumatları isə sızıb.
Sistemdəki nasazlıqların 10 gündən artıqdır davam etdiyi bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində Komissiya bir sıra tətbiqləri müvəqqəti bağlayıb.
Fəaliyyəti pozulan xidmətlərə əməkdaşların maaş sənədlərini əldə etdiyi, məzuniyyət müraciətlərini göndərdiyi və iş vaxtını qeyd etdiyi “Sysper” kadr platforması, həmçinin tibbi xərclərin əvəzinin ödənilməsi üçün istifadə olunan “MyPMO” daxildir.
Hazırda tətbiqlərin böyük hissəsi yenidən işləyir. “Sysper” və “MyPMO” həftənin əvvəlində istifadəyə qaytarılsa da, çərşənbə günü “Sysper”də problem təkrar ortaya çıxıb.