QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Kriştiano Ronaldo Portuqaliya millisində oynamağı dayandırdığını elan edib. 41 yaşlı futbolçu qərarını “Instagram” hesabında paylaşdığı videoda açıqlayıb.
Bununla da Ronaldonun 23 il davam edən beynəlxalq karyerası yekunlaşıb. O, bu müddətdə milli komandalar səviyyəsində ən çox oyun keçirən və ən çox qol vuran kişi futbolçu olub.
Ronaldo Portuqaliya yığmasında 234 matçda 146 dəfə fərqlənib. Əsas komandada debütü 2003-cü ilə təsadüf edib. Kapitan kimi 2016-cı ildə Avropa çempionatının, 2019-cu ildə isə Millətlər Liqasının qalibi olub.
Hücumçu Portuqaliya millisinin forması ilə beş dünya çempionatında, həmçinin altı Avropa çempionatında meydana çıxıb.