QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakının mərkəzindəki “Red Light” və “Gold” masaj salonlarını idarə edən Gülnarə İsayevadan hədə yolu ilə 30 min manat istənilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi əsasında cinayət işi başlanıb. İsayevanı rüsvayedici məlumatlar yaymaqla hədələyən şəxsin 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı S.M. olduğu müəyyən edilib.

Həmin şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək 30 min manat müqabilində İsayevaya himayədarlıq etməyi də təklif edib. Qadın hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra 24 yaşlı şübhəli saxlanılıb.

Məhkəmə onun barəsində beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Bununla yanaşı, iki il sınaq müddəti müəyyənləşdirilərək cəza şərti hesab olunub.