QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Masallı rayonunun Xəlfələr kəndində yaşayan Reyhanə Bağırova kəndə təbii qaz xəttinin çəkilməməsindən narazıdır.

O bildirib ki, qazlaşdırma ilə bağlı dəfələrlə söz verilsə də, indiyədək işə başlanmayıb. Bağırovanın sözlərinə görə, Xəlfələrdən yuxarıda yerləşən ərazilərə qaz xətləri çəkilib.

“Bizim kənd nisbətən aşağıdadır. Yuxarıdakı digər kəndlərə qaz xətti çəkilib. Bizə hər dəfə kəndə qaz çəkiləcəyi deyilir, lakin heç bir iş görülmür. Bu tərəfdən çox əziyyət çəkirik. Belə soyuqda istilik yoxdur. Əsas əziyyəti biz qadınlar çəkirik, çör-çöplə, təzəklə ev qızdırırıq”, – deyə o qeyd edib.